Con Toşakı Mərakeşdən də qovdular..

Con Toşakı Mərakeşdən də qovdular..

Mərakeşin "Vydad" (Kasablanka) klubu baş məşçisi Con Toşakla yolları ayırıb. Xarici KİV-lərin yaydığı xəbərə görə, Toşakın komandasının CAF (Afrika Futbol Konfederasiyası) Çempionlar Liqasında Misirin "Zamalek" klubuna 0:4 hesabı ilə məğlub olduğu oyundan sonra klub rəhbərliyi bu qərarı verib. Uelsli mütəxəssis 2014-cü ildən Mərakeş klubunu çalışdırırdı.

Xatırladaq ki, 67 yaşlı Toşak 2012/2013-cü illərdə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə