Türkiyə çempionluğu uğrunda "Trabzonspor"la amansız mübarizə aparan İstanbulun "Fənərbaxça" futbol klubunun adı daha bir supertransfer əməliyyatında hallandırıldı. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi, sən demə İspaniyanın "Real Madrid" futbol klubunun fransız ulduz futbolçusu Lassana Diarra üçün gizli danışıqlar aparmağa başlayıbmış. Hər halda İspaniyanın "Marça" qəzeti yazır ki, fransız futbolçu, indiyə qədər klubda daha çox ehtiyatda qalırdısa, indi ümumiyyətlə gələn mövsüm özünə heyətdə çətin ki, yer tapa bilsin. Xüsusi ilə L.Diarranın mövqeyində oynamaq üçün Nuri Şahini transfer edəndən sonra, fransız forvard özünə yeni klub tapmalıdır. Futbol üzrə Fransa milli komandasında da oynayan L.Diarranın mütləq elə bir kluba transfer olunması lazımdır ki, əsas heyətdə yer alsın və milli komandaya çağrıla bilsin. "Marça" isə israrla yazır ki, artıq onun xidmətində "Arsenal", "Liverpul", "Yuventus" və "Fənərbaxça" maraqlıdırlar. Qəzet xüsusi ilə İstanbul təmsilçisinin fransı futbolçunu yeni mövsümə qədər transfer etməyi planlaşdırdığını yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB