Şahmatçılarımız yeddinci dünya çempionatında 5 medal qazanıblar

Şahmatçılarımız yeddinci dünya çempionatında 5 medal qazanıblar

Polşanın Krakov şəhərində şahmat üzrə məktəblilərin yeddinci dünya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda 6 yaş qrupu üzrə 36 ölkədən 420 şahmatçı iştirak edib. Yarışda ölkəmizin idman şərəfini 24 şahmatçı qoruyub. Çempionatda Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt şəhər Şahmat Məktəbinin idmançısı Fərid Aslanov qızıl medallar qazanıblar. Digər şahmatçılarımız İzzət Kənan, Oğuz Abışlı gümüş, Aqil Pirverdiyev bürünc medallara sahib olublar. Komandamızın rəhbəri beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov isə yarışda ölkəmizi hakim qismində təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə