Təbriz klubu liderliyi ələ keçirib

Təbriz klubu liderliyi ələ keçirib

Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib. Son turda Təbrizin "Traktor Sazi" klubu səfərdə "Zob Ahan"ı 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində "qırmızı qurdlar" turnir cədvəlində zirvəyə yüksəlib.

Hazırda hesabında 12 xal olan "Traktor Sazi" birinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə