Fatih Terim gəlməsə \"Qalatasaray\"ı o çalışdıracaq!

Fatih Terim gəlməsə \"Qalatasaray\"ı o çalışdıracaq!

İstanbulun \"Qalatasaray\" futbol klubunun baş məşqçiliyinə daha yeni bir namizədin də adı məlum olub. Siasport.az saytı xəbər verir ki, bir vaxtlar \"Trabzonspor\"un da baş məqşçisi olmuş, hazırda Xorvatiyanın Zaqreb \"Dinamo\"su ilə ölkə çempionluğunun sevincini yaşayan Vahid Haliloviç, çox güman ki, \"Qalatasaray\"ın baş məqşçiliyi üçün ən ral namizəd sayılacaq. Təbii ki, əgər Fatih Terim \"Qalatasaray\"a qayıtmaq isətəməsə. Bu barədə Türkiyənin \"Spor.3\" idman saytı xəbər verir. İdman portalının məlumatına əsasən, təcrübəli futbol mütəxəssisinin meneceri Nərmin Çengiç jurnalistlərə bildirib ki, bir neçə həftə bndan əvvəl Zaqreb \"Dinamo\"sunu Xorvatiya çempionu edən V. Haliloviç də İstanbul klubunu çalışdırmağa çox müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə