Ən güclü boksçuların seçmə yarışına yekun vurulub

Ən güclü boksçuların seçmə yarışına yekun vurulub

Ən güclü boksçuların seçmə yarışına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə 10 çəki dərəcəsində final qarşılaşmaları keçirilib. Son Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə yarışın ən gənc iştirakçısı Tural Əhmədovu minimal üstünlüklə məğlub edib. Rəhim Nəcəfovla Şaban Şahpələngov arasında döyüş də finalın maraq doğuran qarşılaşmalarından idi. Gənclər arasında dünya birinciliyinin qalibi Şahpələngov təcrübəli rəqibinə layiqli müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov bu yarışda da 2-ci yerlə kifayətlənməli olub. 2005-ci ilin dünya çempionatının mükafatçısı son ölkə çempionatında olduğu kimi yenə də Sadiq Eynullayevə uduzub. 91 kq çəki dərəcəsində milli komandamızın "1 nömrəsi" olan Teymur Məmmədov WSB liqasında "Baku Fires"in heyətində yarışmış Abdulkadir Abdullayevi 7:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Final görüşlərinin nəticələri

49 kq

Salman Əlizadə 19:1 Orxan Süleymanov

52 kq

Tural Əhmədov 0:1 Elvin Məmişzadə

56 kq

Rəhim Nəcəfov 9:5 Şaban Şahpələngov

60 kq

Elvin İsayev 4:1 İmil İksanov

64 kq

İsmət Eynullayev 0:1 Heybətulla Hacəliyev

69 kq

Emil Məhərrəmov 1:6 Sadiq Eynullayev

75 kq

Rahib Bəylərov – Murad Ağamalıyev Qələbə Bəylərova verilib

81 kq

Vətən Hüseynli 2:1 Ramil Əliyev

91 kq

Teymur Məmmədov 7:2 Abdulkadir Abdullayev

91+kq

Fərid Paşayev 6:2 Asim İsgəndərov

Bütün xəbərlər Facebook səhifəmizdə