Tatarıstanın paytaxtı Kazanda keçirilən dünya şahmat tacına iddiaçıların görüşündə yarımfinalçıların adlarına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarından heç biri bu mərhələyə yüksələ bilməyib.
8 qrossmeysterin qatıldığı bu mötəbər yarışda Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov Boris Qelfanda uduzmaqla (1,5:2,5) əsas 4 oyununda məğlub olmuşdu.
Teymur Rəcəbov bir az gec də olsa onun yolunu tutub. O, sabiq dünya çempionu Vladimir Kramnikə (Rusiya) tay-brekdə məğlub olub. Belə ki, 25 dəqiqəlik 4 sürətli oyun 2:2 hesabı ilə yekunlaşsa da, blitsdə qrossmeysterimiz 1,5:2,5 hesabı ilə uduzub. Digər cütlükdə isə Aleksandr Qrişuk (Rusiya) Levon Aronyana (Ermənistan) qalib gəlib.
Beləliklə, yarımfinalda Qata Kamski (ABŞ) Boris Gelfandı (İsrail), Vladimir Kramnik Aleksandr Qrişuku (hər ikisi Rusiya) sınağa çəkəcək.
Mayın 27-dək davam edəcək turnirin qalibi son dünya çempionu Vişvanatan Anandla (Hindistan) qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB