"FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Litva komandaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Süni örtüklü meydanda keçirdiyimiz oyunlardan sonra təbii ot üzərində çıxış etməyimiz bizə müəyyən mənada çətinliklər yaratdı. Rəqib birinci hissədə cəmi bir dəfə hücuma keçdi və təəssüf ki, həmin epizodda qol vura bildi. Fasilədən sonra komandamız əsl xarakter nümayiş etdirdi. Kifayət qədər qol epizodu yaratsaq da, cəmi 2 dəfə fərqlənə bildik. Qələbə münasibətilə komandamızı təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB