İdman mediasının sıraları genişlənir. Siasport.az xəbər verir ki, 2 aydı ki, test rejimində fəaliyyət göstərən mundial.az idman portalı artıq tam şəkildə fəaliyyətə başlayıb.
Bu sayt əsasən oxucularına eksklüziv informasiyalar, idman - futbol ictimaiyyətində baş verən olaylarla bağlı məlumatlar çatdıracaq. Mundial.az-a daxil olan oxucular üçün maraqlı təhlillər və mütəxəssis fikirləri təqdim olunacaq.
Siasport.az saytının kollektivi mundial.az saytını təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB