Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçildi

Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçildi

Futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, səslərin 38 faizini toplayıb.

Qeyd edək ki, L.Messi "Seltik"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşündə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə