Gürcüstanlı mütəxəssis Şota Arveladze "Krasnodar" klubunun baş məşqçisi təyin oluna bilər.Qol.az-ın "Matç TV"yə istinadən yaydığı xəbərə görə, hazırda Təl-Əviv "Makkabi"sində işləyən Arveladze Rusiya Premyer Liqa təmsilçisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər sırasındadır.
Xatırladaq ki, Ş.Arveladze bundan öncə Türkiyənin "Kayserispor" və "Kasımpaşa" komandalarını çalışdırıb.
Əlavə edək ki, bu həftənin əvvəli Oleq Kononov istefa verdikdən sonra "Krasnodar"ın baş məşqçisi vəzifəsi boş qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB