“Traktor Sazi” İran çempionatında lider oldu

“Traktor Sazi” İran çempionatında lider oldu

Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilir. Bu turda Təbrizin "Traktor Sazi" klubu səfərdə "Zob Ahan"la qarşılaşıb.

Görüş "qırmızı qurdlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra təbrizlilər 12 xalla turnir cədvəlində ilk pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə