Istanbulun "Qalatasaray" futbol klubu dünən "Türk Telekom Arena"da artıq Türkiyə Superliqasından aşağı diziviziyona yuvarlanması rəsmiləşən "Kasımpaşa" futbol klubunu qəbul edib. Siasport.az saytı xəbər verir ki, öz tarixinin ən uğursuz mövsümünü yaşayan "cim bom", qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılsa da, futbolçuların nümayiş etdirdikləri futbol və meydanda "Qalatasaray" futbolçuları tərəfindən edilən ağlasığmaz səhvlər, bu heyətin mövsüm bitən kimi çölə atılacağına heç bir şübhə yeri qoymur. Artıq mayın 14-də "Qalatasaray" futbol klubunda keçiriləcək prezident seşkilərində namizədliyini irəli sürən hər üç namizəd də bu heyətlə işləməyin qeyri mümkün olduğunu açıqlayıblar. Bu isə o deməkdir ki, "Qalatasaray"a kabus yaşadanlara gələn mövsüm klubda yer yoxdur. İndiki heyətin tam əksər futbolçuları ilə yolların ayrılacağını onların özləri də bilirlər. Dünənki qarşılaşmada bəzi futbolçuların özlərini gözə soxmaq üçün tər tökmələri də çətin ki. onların klubda qalmalarına əsas versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB