Yığmamız turnirə qələbə ilə başladı

Yığmamız turnirə qələbə ilə başladı
Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, litvalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıb.
Oyunda ilk qolu Litva yığması vurub. Orxan Əliyev penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib. Kənan Manafovun vurduğu qol isə qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə