Deyəsən Avropada elə bir ulduz və ya qeyri ulduz futbolçu qalmayacaq ki, "Beşiktaş" heyranı çıxmasın. Siasport.az saytı xəbər verir ki, indi də İngiltərənin "Mançester Yunayted" futbol klubunun ulduz futbolçusu Rio Ferdinand, ingilis klubunun rəsmi saytına müsahibəsində bildirib ki, o futbol həyatında ən çox İstanbulun "Beşiktaş" futbol klubunun stadionunda olan azarkeş ab-havasına heyran qalıb. Belə demək mümkünsə, R.Ferdinand, "Beşiktaş" azarkeşlərini hələ də unuda bilmir. 2009-2010-cu il mövsümünün UEFA Çempionlar Liqasının qrup mərhələsində İstanbulda "Beşiktaş"la keçirdikləri qarşılaşmanı heç vaxt yaddan çıxarmayacaqlarını deyən ulduz futbolçu, "İsmət İnönü"dəki azarkeş atmosferinin Avropanın heç bir stadionunda mövcud olmadığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB