|
Artıq hər şey məlumdur. İndi bizi Avropa Liqasının finalında iki Portuqaliya təmsilçisinin dueli gözləyir. Siasport.az saytı xəbər verir ki, Portuqaliyanın hazırkı çempionu "Porto", ilk yarımfinal görüşündə İspaniyanın "Vilyarreal" futbol klubunu öz meydanında 5:2 hesabı ilə darmadağın etmişdi. Cavab qarşılaşmasında isə Portuqaliya təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olub. Amma bu məğlubiyyət "Porto"nun Avropa Liqasının finalına yüksəlməsinə heç cür mane ola bilməyib. Digər bir yarımfinal oyununda isə iki Portuqaliya klubu üz-üzə gəliblər. "Braqa" "Benfika" ilə ilk yarımfinal qarşılaşmasında rəqibinə 1:2 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında "Braqa" doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxmağı bacarıb - 1:0. Bununla da UEFA Avropa Liqasının finalında iki Portuqaliya təmsilçisinin duelinə şahidlik edəcəyik. Xatırladaq ki, final qarşılaşması mayın 18-də İralndiyanın paytaxtı Dublin şəhərində keçiriləcək. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB