"Beşiktaş"ın hədəfində Luis Van Qaaldır!

"Beşiktaş"ın hədəfində Luis Van Qaaldır!

İstanbulun "Beşiktaş" futbol klubu yeni baş məşqçi axtarışlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, alınan uğursuz nəticələrdən sonra Bernd Şusteri baş məşqçi vəzifəsindən qovan İstanbul klubunun rəhbərliyi, indi də Almaniyanın "Bayern Münhen" futbol klubunu çalışdırmış hollandiyalı futbol mütəxəssisi Luis Van Qaal ilə təmasa keçib. Məsələ burasındadır ki, klubun prezidenti Yıldırım Dəmirörən artıq alman, ispan və ingilis mütəxəssislərdən yarımadıqlarını klubun idarə heyətinin üzvlərinə çatdıraraq, məhz L.V.Qaalın namizədliyi üzərində dayanıb. "Beşiktaş"ın transfer və futbol siyasətinə məsul olan şəxsləri Sərdar Adalı və Çingiz Zülfükaroğlu ilə görüşən Y.Dəmirörən, onlara hollandiyalı məşqçinin menecerləri ilə təmasa keçməyi tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə