"Neftçi" qələbə qazanıb
AFFA-nın təşkil etdiyi U-14 Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Neftçi"nin 14 yaşlıları Gəncədə eyniadlı komanda ilə qarşılaşıb. Bakıdakı ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən komanda bu dəfə də qələbə qazanıb - 1:0. Arif Abasovun rəhbərlik etdiyi komandanın qoluna Emil Həsənzadə imza atıb.
Qeyd edək ki, "Neftçi" finalda "Qəbələ" klubu ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə