Peyntbol üzrə turnir keçiriləcək

Peyntbol üzrə turnir keçiriləcək
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 8-10 may 2011-ci il tarixdə Xəzər rayonunun Zaqulba qəsəbəsində yerləşən "Mirvari" İstirahət Mərkəzində "9 may - Qələbə günü"nə həsr olunmuş peyntbol üzrə turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbirin açılış mərasimi 8 may 2011-ci il tarixdə saat 12:00-da başlanacaq.
Turnirin keçirilməsində məqsəd Bakı şəhərində peyntbol idman növünün təbliğ və inkişaf etdirilməsi, yeniyetmə və gənclər arasında kütləvi şəkildə yayılması və mümtəzəm məşğul olmağa cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi, hərbiyə olan maraqlarının artırılması, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, gənclərin silahla tanış olub ondan istifadə etmək qaydasının öyrədilməsi və Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizin xatirələrinin yad edilməsindən ibarətdir. 
Turnirdə tələbələrdən ibarət universitet komandaları həmçinin digər təşkilatlardan təşkil olunmuş komandalar iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə