18 mayda Dublində Portuqaliya axşamı olacaq

18 mayda Dublində Portuqaliya axşamı olacaq
Dünən "Avroliqa"nın yarımfinal oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, ilk görüşdə rəqibini, yəni "Vilyareral"ı 5:1 hesabı ilə darmadağın edən "Porto" cavab görüşündə finala bileti təmin edib. "Vilyareal" 17-ci dəqiqədə Kani ilə önə keçib. Bu qolun cavabını 40-cı dəqiqədə Hulk verib. 48-ci dəqiqədə Falkao hesabı "Porto"nun xeyrinə dəyişib-1:2. 75-ci dəqiqədə isə Kapdevillanın və 80-ci dəqiqədə Rossinin penaltidən vurduğu qol "Vilyareal"ın finala vəsiqə qazanmağına yetərli olmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə "Porto" finala vəsiqə qazanıb.
Digər görüşdə isə "Braqa" finalçı olduğunu təsdiqləyib. Belə ki, ilk oyunda rəqibinə səfərdə 2:1 hesabı ilə məğlub olan "Braqa" öz meydanında 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 19-cu dəqiqədə Kustodio vurub və "Braqa" ilk oyunda səfərdə vurduğu qolun gətirdiyi üstünlük ilə adını finala yazdırıb və finalda Poruqaliya dueli olacağını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə