“Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq

“Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar 7 may 2011-ci il tarixdə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə (3751 metr) yürüş olacaq. 

Siasport.az saytı xəbər verir ki, ulu öndərin xatirəsinə böyük ehtiram əlamətinin göstəricisidir ki, "Heydər zirvəsi"nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən, şəhər və kəndlərindən bu aksiyalara qoşulan tələbə, ziyalı, fəhlə və kəndlilərin sayı ilbəil artmaqda davam edir. Belə ki, artıq bu dəfəki yürüşdə federasiyanın üzvlərindən başqa respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edəcək. 

Yürüşə rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının "Koordinasiya Şurasının" birgə qərarı ilə tanınmış təcrübəli alpinist Saridan Mursaqulova tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə