Xəbər verdiyimiz kimi, Asiya çempionu, London Yay Olimpiya Oyunlarına vəsiqəni özünə təmin edən Çin Xalq Respublikasının qadın otüstü hokkeyçilərdən ibarət milli komandası mayın 2-dən ölkəmizə 1 həftəlik təlim-məşq toplanışına gəlib. Siasport.az saytı xəbər verir ki, ikitərəfli razılığa əsasən Asiya çempionu Azərbaycan yığması ilə 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Artıq həmin görüşlərdən 2-si baş tutub. Mayın 3-də ilk qarşılaşmada qızlarımız 2:4 hesab ilə məğlub olublar. Dünənki oyunda da Çin hokkeyçiləri Azərbaycan yığmasından güclü olduqlarını 2:1 hesablı qələbə ilə sübuta yetiriblər. Dünən istirahət edən komandalar bu gün saat 16-da üçüncü dəfə üz-üzə gələcəklər. Şənbə günü isə bu rəqiblərin 4-cü görüşü saat 15.00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB