Məktəblilərin şahmat turniri keçirilib

Məktəblilərin şahmat turniri keçirilib

Qubadlı rayonunun orta ümumtəhsil məktəblərinin komandaları arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş şahmat turnirinin qalibləri müəyyənləşdirilib.
Siasport.az saytı xəbər verir ki, rayonun orta ümumtəhsil müəssisələrinin 90-a yaxın şagirdi 16 komandanın heyətində qalib adı uğrunda mübarizə aparıblar. Çardaqlı kənd məktəbinin gənc şahmatçıları ən yaxşı nəticə göstərmiş və birinci yeri tutublar. Fərcan kəndinin və Qubadlı şəhər məktəbinin komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Qeyd edək ki, rayon şahmat məktəbi 1983-cü ildə yaradılıb. Məktəbin mövcud olduğu müddətdə iki qrossmeyster – Sərxan və Loğman Quliyev qardaşları böyük idmana vəsiqə alıblar. Məktəbin şagirdləri məşqçiləri sevindirməkdə davam edir, zona və respublika yarışlarında uğurlu nəticələr göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə