Avropa Liqası: "İnter" uduzdu, "Fənərbaxça" son anda qurtuldu

Avropa Liqası: "İnter" uduzdu, "Fənərbaxça" son anda qurtuldu

Xəbər verdiyimiz kimi, dünən futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimizdən "Qəbələ" səfərdə "Anderlext"lə, "Qarabağ" isə evdə "Slovan"la qarşılaşıb. "Qəbələ"nin yer aldığı C qrupunda "Maynts" "Sent-Etyen"lə 1:1 hesablı heç-heçə edib. "Qarabağ"ın mübarizə apardığı J qrupunda isə "Fiorentina" səfərdə PAOK-la qolsuz bərabərliyə razılaşıb.

A qrupunda "Feyenoord" evdə "Mançester Yunayted"ə qalib gəlib. Bu qrupun digər oyununda "Fənərbaxça" Ukraynada "Zarya" ilə bacarmayıb - 1:1.

E qrupunda mübarizə aparan "Roma" isə səfərdə "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdırmış "Viktoriya" ilə "sülh bağlayıb" (1:1).

Günün ən gözlənilməz nəticələrindən biri isə Milanda qeydə alınıb. "İnter" doğma meydanda İsrail "Hapoel"inə (Byer-Şeva) uduzub - 0:2.

Avropa Liqası

Qrup mərhələsi

15 sentyabr

A qrupu

"Feyenoord" (Hollandiya) – "Mançester Yunayted" (İngiltərə) – 1:0
Qol: Trindade, 19.

"Zarya" (Ukrayna) – "Fənərbaxça" (Türkiyə) – 1:1
Qollar: Qreçişkin, 52 - Kyaer, 90+6

B qrupu

"Yanq Boyz" (İsveçrə) – "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Kambyasso, 42.

APOEL (Kipr) – "Astana" (Qazaxıstan) - 2:1
Qollar: Vinisius, 75. De Kamarqo, 87 - Maksimoviç, 45+1.

C qrupu

"Anderlext" (Belçika) – "Qəbələ" (Azərbaycan) – 3:1
Qollar: Teodorçik, 14. Rafael Santos, 41-avtoqol. Kapel, 77 - Dabo, 20.

"Maynts" (Almaniya) – "Sent-Etyen" (Fransa) – 1:1
Qollar: Bunqert, 57 - Beriç, 88.

D qrupu

"Alkmaar" (Hollandiya) – "Dundalk" (İrlandiya) - 1:1
Qollar: Vuytens, 61 - Kilduff, 89.

"Makkabi" (Təl-Əviv, İsrail) – "Zenit" (Rusiya) – 3:4
Qollar: Medunyanin, 26; 70. Kyartansson, 50 - Kokorin, 77. Mak, 84. Culiano, 86. Dyordyeviç, 90+2

E qrupu

"Viktoriya" (Çexiya) – "Roma" (İtaliya) – 1:1
Qollar: Bakoş, 11 - Perotti, 4 (pen.)

"Astra" (Rumıniya) – "Austria" (Avstriya) - 2:3
Qollar: Alibek, 18. Sapunaru, 74 - Holtshauzer, 16 (pen.), Frizenbixler, 33. Qrünvald, 58.

F qrupu

"Rapid" (Avstriya) – "Genk" (Belçika) - 3:2
Qollar: Şvab, 51. Colinton, 59. Kolli, 60 (avtoqol) - Beyli, 29; 90 (pen)

"Sassuolo" (İtaliya) – "Atletik" (İspaniya) – 3:0
Qollar: Lirola, 60. Defrel, 75. Politano, 82.

G qrupu

"Standard" (Belçika) – "Selta" (İspaniya) - 1:1
Qollar: Dossevi, 3 - Rossi, 13.

"Panatinaikos" (Yunanıstan) – "Ayaks" (Hollandiya) - 1:2
Qollar: Berq, 5 - Traore, 34. Ridevald, 67.

H qrupu

"Konyaspor" (Türkiyə) – "Şaxtyor" (Ukrayna) – 0:1
Qol:
Ferreyra, 76.

"Braqa" (Portuqaliya) – "Gent" (Belçika) – 1:1
Qollar: Andre Pinto, 24 - Miliçeviç, 6.

İ qrupu

"Zalsburq" (Avstriya) – "Krasnodar" (Rusiya) – 0:1
Qol: Joazinyo, 37.

"Nitsa" (Fransa) – "Şalke" (Almaniya) – 0:1
Qol:
Baba Rahman, 75

J qrupu

"Qarabağ" (Azərbaycan) – "Slovan" (Çexiya) - 2:2
Qollar: Migel Madera, 6. Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1. Milan Baroş, 68.

PAOK (Yunanıstan) – "Fiorentina" (İtaliya) – 0:0

K qrupu

"İnter" (İtaliya) – "Hapoel" (Byer-Şeva, İsrail) – 0:2
Qollar: Migel Vitor, 54. Buzaqlo, 69.

"Sauthempton" (İngiltərə) – "Sparta" (Çexiya) – 3:0
Qollar: Ostin, 5-pen; 27. Rodriqes, 90+2.

L qrupu

"Osmanlıspor" (Türkiyə) – "Styaua" (Rumıniya) – 2:0
Qollar:
Diabete, 64-pen. Umar, 74.

"Vilyarreal" (İspaniya) – "Sürix" (İsveçrə) – 2:1
Qollar: Pato, 28. Dos Santos, 45+1 - Sadiku, 2

Bütün xəbərlər Facebook səhifəmizdə