İdmançılarımız Londonda keçiriləcək Paralimpiya Oyunlarına vəsiqələr uğrunda mübarizə aparırlar
İspaniyanın Alikante şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Siasport.az saytı xəbər verir ki, yarişlarda 46 ölkədən 240-dan çox idmançı iştirak edir. Bu yarışlarda Azərbaycanı paralimpiyaçı idmançılar – Yelena Taranova, Əkbər Muradov, Elşad Məmmədov və Kamran Zeynalov təmsil edirlər. İspaniyaya yola düşmüş nümayəndə heyətinə milli yığma komandamızın baş məşqçisi Vitali Sotnikov və məşqçi Əfqan Əhmədov başçılıq edir.
Dünya kubokunun iştirakçıları Londonda keçiriləcək Paralimpiya Oyunlarına 12 vəsiqə uğrunda birbaşa seçmə üsulu ilə mübarizə aparacaqlar. Bundan əlavə, həmin idmançılar 2012-ci ildə keçiriləcək Oyunlar üçün minimum təsnifat standartını yerinə yetirmək imkanı əldə edəcəklər. Kubokun proqramına daxil olan yarış növləri paralimpiya proqramındakı növlərlə eynidir – 10 metr, 25 metr və 50 metr məsafədən tüfəngdən və tapançadan atəş.
2012-ci ildə Londonda keçiriləcək Paralimpiya Oyunlarında 12 dəst mükafat uğrunda 140 idmançı mübarizə aparacaqdır. Hər bir Milli Paralimpiya Komitəsi birbaşa seçmə yolu ilə müəyyən edilmiş ən çoxu 5 yerə iddia edə bilər. İdmançı öz ölkəsini təmsil etmək üçün bir sıra şərtlərə riayət etməlidir: onun lisenziyası olmalı, təsnifat yarışlarından keçməli və Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən sanksiyalaşdırılmış yarışlarda azı iki dəfə minimum təsnifat standartını yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB