\"Bild\" qəzeti: \"İlkay Gündoğan “Dortmund”a keçir\"

\"Bild\" qəzeti: \"İlkay Gündoğan “Dortmund”a keçir\"

Deyəsən Almaniya Bundesliqasının hazırkı çempionu Borrusiya "Dortmind"u, türk əsilli futbolçuların məkanına çevrilir. Siasport.az saytı xəbər verir ki, Nuri Şahin kimi forvardla böyük uğurlar əldə edən və çempionluğa sahib olan alman klubu, indi də "Nurnbeq"də forma geyən İlkay Gündoğanı transfer etməyə hazırlaşır. Almaniyanın məşhur "Bild" qəzeti yazır ki, artıq transfer işləri böyük ölçüdə həll olunub. Hazırkı Almaniya çempionu İ.Gündoğanla 4 illik müqavilənin şərtlərini hazırlayıb. Qəzetin yazdığına görə, İ.Gündoğan üçün 5 milyon avronu gözdən keçirən "Dortmund", 20 yaşlı futbolçunun transferini qətiləşdirmək üçün "Nurnbeq"lə ən xırda detalları nəzərdən keçirir. Klubun baş məşqçisi Yurgen Klopp isə alman mətbuatına açıqlamasında əlavə edib ki, onlar çoxdandır ki, türk əsilli futbolçunu izləyiblər və onun futbol texnikasına heyrandırlar. Belə görünür ki, N.Şahinin "Real"a keçidi baş tutarsa, alman klubu İ.Gündoğanı onun mövqeyində meydana buraxmağa hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə