Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürüb. Ardıcıl ikinci il qrup mərhələsinə yüksələn "Qəbələ" ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası "Anderlext"in qonağı olub. Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda "Maynts"a qarşı keçirəcək.
15 sentyabr
UEFA Avropa Liqası, qrup mərhələsi
I tur
21:00. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan) - 3:1
Qollar: Teodorşuk, 14 (1:0), Dabo, 20 (1:1), Rafael Santos, 41-avtoqol (2:1), Diaqo Kapel, 78 (3:1)
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə hakim köməkçiləri: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya)
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
Brüssel. "Konstant Vanden Stok" stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB