Fatih Terim \"Beşiktaş\"la \"Qalatasaray\" arasında qalıb

Fatih Terim \"Beşiktaş\"la \"Qalatasaray\" arasında qalıb
Məşhur türkiyəli futbol mütəxəssisi Fatih Terimin İstanbulun \"Qalatasaray\" futbol klubuna baş məşqçi gəlmək ehtimalı elə ehtimal olaraq da qala bilər. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl \"Qalatasaray\" klubunun prezidenti olmağa real namizəd sayılan Ünal Aysalın komandasında yer alan Ali Dürüst ilə bir çox məsələləri müzakirə edərək onlara təxminən \"hə\" cavabı verən \"imperator\", artıq indi fikrini dəyişmək niyyətindədir. Səbəbi isə, Ü.Aysalın komandasında yer alan bəzi \"Qalatasaray\" idarə heyəti üzvlərinin onu baş məşqçi kimi yenidən \"cim bom\"da görmək istəməmələridir. Ü.Aysal komandasında F.Terimlə bağlı yaranan fikir ayrılığları, \"imperator\"u da fikrindən daşındırıb. Ona qarşı müxalifətin olduğunu bilən F.Terim, Ü.Aysalla danışıqları dayandırıb. Bu arada Türkiyə mətbuatı yazır ki, İstanbulun daha bir nəhəngi sayılan \"Beşiktaş\"ın prezidenti Yıldırım Dəmirörən bu vəziyyətdən istifadə edərək \"imperaor\"u öz komandasının sükanı arxasına keçirməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə