\"Mən \"Beşiktaş\" azarkeşlərinə heyranam\"

\"Mən \"Beşiktaş\" azarkeşlərinə heyranam\"
İngiltərənin \"Arsenal\" futbol klubunun baş məqşçisi Arsen Venger futbolçuları üçün ən əziz adamdır. Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə klubun kapitanı Sers Fabreqas çıxış edib. İngiltərənin məşhur \"The Sun\" qəzetinə açıqlama verən kapitan bildirib ki, ətrafdakı insanlara daha çox ağır təbiətli insan təsiri bağışlayan A.Venger, əslində \"Arsenal\"ın futbolçularına qarşı çox nəzakətli və ümumiyyətlə mərhəmətli davranışları ilə seçilir:

\" O, uzaqdan qaşqabağlı görünür. Amma əslində bu belə deyil. Nizam-intizam məsələsində ona çatan olmaz. Bu məsələdə o heç kimə güzəşt etmir. Bununla yanaşı, eyni zamanda hər bir futbolçunu öz dili ilə danışdırmağı da, onlara qayğı göstərməyi də yalnız o yaxşı bacarır. O, \"Arsenal\"ın bir parçasıdır.\"-deyə S.Fabreqas fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə