Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla başlayacaqlar

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla başlayacaqlar
Tatarıstanın paytaxtı Kazan şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda idmançıların turniri başlayır. Siasport.az saytı xəbər verir ki, şahmatçıların ilk görüşdə hansı fiqurlarla oynayacağını müəyyənləşdirən püşkatma keçirilib. 
Püşkatmaya görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2772) ilk görüşdə İsrail qrossmeysteri Boris Gelfanda (2733) qarşı ağ fiqurlarla oynayacaq. Azərbaycanın ikinci təmsilçisi Teymur Rəcəbovun (2744) da qismətinə ağ fiqurlar düşüb. O, rusiyalı Vladimir Kramniklə (2785) qarşılaşmada ilk gedişini edəcək. İlk görüşlərdə həmçinin, Qata Kamski (ABŞ, 2732) - Veselin Topalov (Bolqarıstan, 2775), Levon Aronyan (Ermənistan, 2808)-Aleksandr Qrişuk (Rusiya, 2747) qarşılaşmalaarı baş tutacaq. 
Qrossmeysterlər mayın 5-dən 8-ə qədər 4 görüş keçirəcəklər. Bərabər nəticə əldə olunduqda mayın 9-da tay-brek keçiriləcək - sürətli şahmat üzrə 4, blits üzrə 2 görüş. Burada da heç-heçə nəticəsi alınarsa, qalib "Armageddon" görüşündə müəyyənləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə