Legioner heyatı yaşayan iki idmançımız vətənə qayıdıb

Legioner heyatı yaşayan iki idmançımız vətənə qayıdıb
Azərbaycan yığmasının 2 voleybolçusu - Pərviz Səmədovla Dmitri Obodnikov karyeralarını vətəndə davam etdirəcəklər. Siasport.az saytı apasport.az saytına istinadən  xəbər verir ki, İranın "Şahrdari-Təbriz" klubunda çıxış edən həmyerlilərimiz yenidən "Azərneft"in düşərgəsinə qayıdıblar. Buna səbəb isə icarə əsasında Təbriz komandasında forma geyinən voleybolçularımızın müqavilə müddətinin və İran çempionatının başa çatmasıdır. 
Onların Azərbaycan çempionunun heyətinə dönüşündən sonra milli komandamızın xaricdə oynayan voleybolçularının sayı 2-yə enib. Pərviz Səmədovla Dmitri Obodnikovdan öncə Türkiyə "Sivas 4 Eylül Bələdiyyəspor"undan Fərid Cəlalov da Bakıya qayıtmağa üstünlük vermişdi.
Qeyd edək ki, hazırda Aleksey Çervyakov Rusiyanın "Krasnoyarsk" və Yevgeni Kovalenko Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının şərəfini qoruyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə