"Mən "Beşiktaş" azarkeşlərinə heyranam"

"Mən "Beşiktaş" azarkeşlərinə heyranam"
İstanbulun "Beşiktaş" futbol klubunun dünyanın ulduz futbolçularını öz heyətinə qatmaq vərdişi elə bir şəkil alıb ki, artıq bu ullduzlar özləri "qara qartal"ı axtarmağa başlayıblar. Sözsüz ki, əla pul müqabilində. Siasport.az saytı xəbər verir ki, Quti Fernandez, Simao Sambroza, Quaresma kimi ulduz futbolçuları heyətinə qatan İstanbul təmsilçisi, indi də "Atletiko Madrid"in uruqvaylı forvardı Diyeqo Forlanla müqavilə bağlamağa çox yaxındır. Sən demə, İstanbulun valehləri arasında yeni bir ulduz da varmış. Avropada əsl ulduz futbolçu kimi parlamaqda olan, "Real", "Milan" və "Çelsi"nin transfer siyahısında ilk yerlərdə qərarlaşan "Portu"nun lider futbolçusu Hulk da "Beşiktaş" sevdalısı imiş. Son Portuqaliya çempionunun "vuran əli" sayılan Hulk, bu ölkə mediyasına verdiyi açıqlamalarda İstanbulu heç cürə unutmadığını və "Beşiktaş" azarkeşlərinə böyük sevgi hisslərinin olduğunu açıqlayıb. Avropa Liqasının qrup mərhələsində "İsmət İnönü"də "Beşiktaş"ın qapısına vurduğu möhtəşəm qoldan sonra azarkeşlərin onu alqışlamasını Hulk hələ də unuda bilmir:
"İkinci qolu vurandan sonra məni alqışlayan o insanları hələ də unuda bilmirəm. Açığını deyim ki, mən "Beşiktaş" azarkeşlərinə heyranam. Gələcəkdə nə olacağını heç kim deyə bilməz. Ola bilər ki, futbol həyatımı Türkiyədə davam etdirim."-deyə Hulk fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə