Milli komandamız yoldaşlıq oyunları keçirəcək

Milli komandamız yoldaşlıq oyunları keçirəcək
Mayın 10-dan 15-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Gürcüstanın U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Mayın 12-də və 14-də Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək oyunlar saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə