Rabitə və informasiya texnologiyaları naziri “Rabitə” voleybol klubunun üzvləri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çempionlar Liqasını gümüş medalla başa vuran "Rabitə" voleybol klubunun üzvləri ilə görüşüb. Siasport.az saytı apasport.az-a istinadən xəbər verir ki, nazir ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb, dövlət başçısı İlham Əliyevin bütün idmançılara xüsusi diqqətini qeyd edib.
Abbasov "Rabitə"nin bütün yarışlarda ciddi uğura imza atdığını, çox güclü rəqibləri arxada qoyaraq nümunəvi oyun göstərmələrinin təkcə rabitəçilərə deyil, bütün Azərbaycan xalqına sevinc bəxş etdiyini vurğulayaraq, komandaya uğurlar arzulayıb.
Görüşdə çıxış edən voleybolçular onlara göstərilən qayğıdan razı qaldıqlarını və qələbə naminə bütün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Qeyd edək ki, serbiyalı mütəxəssis Dejan Brdjoviçin yetirmələri bu gün daha bir titul qazana bilərlər. Super Liqada 1-ci yerdə olan "Rabitə" VII turda "Lokomotiv"ə qalib gələrsə, Azərbaycan çempionu adına yiyələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB