Daha öncə "Qəbələ"nin ev oyunlarını keçirdiyi meydançanın süni örtüyünün təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi ilə bağlı komandanın cari çempionatın son matçlarını neytral stadionda oynayacağı haqda məlumat vermişdik. Siasport.az saytı xəbər verir ki, sözügedən prosesi həyata keçirəcək şirkətin avqust ayına kimi təbii örtüyün istifadəyə verilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürməsindən sonra bu həftə sonu baş tutacaq "Qəbələ"-"Turan" qarşılaşmasının Qəbələdə keçirilməsi qərarlaşdırılıb. Yeniləmə prosesinin nə vaxt start götürəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB