Mayın 6-da Azərbaycanın paytaxtında cüdo üzrə reytinqli Qran Pri yarışları başlayacaq. Siasport.az saytı xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 8-də yekunlaşacaq. Birinci yeri tutan cüdoçular 3 min, gümüş mükafatçılar 2 min, bürünc mükafatın sahibləri isə hərəyə min dollar qazanacaqlar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbərii Ceyhun Kələtərovun JudoOnline.info saytına verdiyi məlumata görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olununmuş Bakı Qran Pri turnirində ölkəmizi 36 cüdoçu - Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Asim Xələfov (hamısı 60 kq), Tərlan Kərimov, Samir Dadaşzadə, Rüstəm Orucov, Emil Həsənov (hamısı 66 kq), Renat Mirzəliyev, Ramil Qasımov, Elvin Əhmədli, Nadir Babayev (hamısı 73 kq), Elxan Rəcəbli, Rüstəm Alimli, Tural Səfquliyev, Seymur Rzazadə (hamısı 81 kq), Elxan Məmmədov, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Kənan Nağıyev (hamısı 90 kq), Elmar Qasımov, Sain Məmmədov, Zaur Bağırov, Emin Hüseynov (hamısı 100 kq), Emil Tahirov, Rafael Şahverdiyev, Andrey Fətiyev (hamısı 100-kqdan yuxarı), Aynur Əliyeva, Aytən Bayramova (hər ikisi 48 kq), Şahanə Hüseynova, Aysel Osmanlı, Turanə Seyidi (hamısı 52 kq), Kifayət Qasımova, Natalya Musayeva (hər ikisi 57 kq), Ramilə Yusubova (-63 kq) və Rəqiyyə Qarayeva (-70 kq) təmsil edəcək.
Xatırladaq ki, olimpiya çempionumuz Elnur Məmmədli İstanbulda keçirilən Avropa çempionatında zədə aldığı üçün Qran Pri turnirində iştirak etməyəcək.
Qeyd edək ki, Qran Pri turnirində Azərbaycan cüdoçuları ilə bərabər Əlcazair, Belarus, Belçika, Braziliya, Kamerun, Kanada, IJF, Latviya, Litva, Lüksemburq, Moldaviya, Monqolustan, Marokko, Hollandiya, Çin, Peru, Polşa, Xorvatiya, Portuqaliya, Çex Respublikası,, Rumıniya, Rusiya, Misir,Serbiya, Estoniya, Slovakiya, Finlandiya, Sloveniya, Fransa, İspaniya, Gürcüstan, Almaniya, Qabon, Qana, İsveç, İsveçrə, Tacikistan, Tunis, Tükriyə, Macarıstan, İran, İrlandiya, İsrail, İngiltərə, ABŞ, İtaliya, Özbəkistan, Qazağıstan və Ukraynadan ümumlikdə 395 idmançı mübrarizəyə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB