"Qəbələ" cari çempionatın qarşıdakı iki ev oyununu - 30-cu turda "Turan"a və 32-ci turda "Muğan"a qarşı matçları Qəbələdən kənarda keçirəcək. Siasport.az saytı xəbər verir ki, buna səbəb hal-hazırda matçların baş tutduğu stadionun süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsi prosesinə start verilməsidir. Klubun baş meneceri Zaur Əzizovun sözlərinə görə, təbii ot örtüyünün növbəti ölkə çempionatının açılışına kimi hazır vəziyyətə gətirilməsi planlaşdırılır: "Komandamız növbəti çempionatda ev oyunlarını təbii ot örtüyündə keçirəcək. Otun Premyer Liqanın startına kimi hazır vəziyyətə gətirilməsi üçün işə tezliklə başlanmasına qərar verildi. Bu məqsədlə ev oyunlarımızı Qəbələdən kənarda keçirəcəyik. Artıq həftənin bazar günü qarşılaşacağımız "Turan"la oyunun neytral meydançada keçirilməsi ilə bağlı məsələ müzakirə olunur. Sabah bu barədə Peşəkar Futbol Liqasına da müraciət ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB