Artıq Avropanın ali turnirinin finalında ingilis-ispan dueli qaçılmaz reallığa çevrilib. Siasport.az saytı xəbər verir ki, dünən gecə UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşması çərçivəsində keçirilən növbəti cavab oyununda İngiltərənin \"Mançester Yunayted\" futbol klubu öz meydanında Almaniyanın \"Şalke04\" futbol klubunu qəbul edib. Artıq tam əminliklə demək olar ki, 2009-cu ildə keçirilmiş Çempionlar Liqasının finalı yenidən təkrarlanacaq. Çünki \"Qırmızı şeytanlar\", öz meydanlarında alman klubunu 4:1 hesab ilə darmadağın edərək UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəliblər. İndi gözlər mayın 28-də keçiriləcək final qarşıalşmasına dikilib. Ən çox maraq doğuran məqam isə \"Mançester Yunayted\"in 2009-cu ildəki məğlubiyyətin acığını \"Barselona\"dan necə alacağıdır. Xatırladaq ki, həmin ilin final qarşılaşmasında \"Qırmızı şeytanlar\" UEFA çempionlar Liqasının finalında katalon klubuna uduzaraq \"dumanlı albiom\"a əliboş qayıtmışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB