Mayın 6-8-də Ukraynanın paytaxtında keçiriləcək "Deryugina – "Nefteqaz" Kuboku" uğrunda bədii gimnastika üzrə XX beynəlxalq turnirə həsr edilmiş mətbuat konfransı olub. Siasport.az saytı xəbər verir ki, bədii gimnastların yubiley yarışlarında dünyanın 37 ölkəsindən, o cümlədən Azərbaycandan ən yaxşı qadın gimnastlar iştirak edəcəklər. Ukrayna Gənclər və İdman işləri üzrə Dövlət Xidmətinin sədri Ravil Safiulin mətbuat konfransında qeyd etmişdir ki, turnirdə Azərbaycanın güclü komandası iştirak edəcək. Jurnalistlərlə görüşdə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti, əfsanəvi idmançı İrina Deryugina da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB