"Xəzər Lənkəran" və "İnter" Kubokun finalında üz-üzə gələcəklər

"Xəzər Lənkəran" və "İnter" Kubokun finalında üz-üzə gələcəklər

Dünən Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Bakı" öz meydanında "Xəzər Lənkəran"la qarşılaşmada 2:1 hesabı ilə qalib gəlsə də bu finala çıxmaq üçün yetərli olmayıb. İlk qarşılaşmada Lənkəranda rəqibinə 0:1 hesabı ilə uduzan "Bakı" iki oyunun nəticəsinə görə kubokla vidalaşıb. Günün digər qarşılaşmasında isə 2 paytaxt klubu üz-üzə gəlib. Burada Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə qərarlaşan AZAL və "İnter" klubları finala çıxmaq uğrunda mübarizə aparıblar. Öz meydanında AZAL-ın qapısına yol tapa bilməyən son ölkə çempionu bu işin öhdəsindən səfərdə gəlib. "İnter" matçın 4-cü dəqiqəsində erkən vurduğu qolla qələbə qazanaraq, finalda "Xəzər Lənkəran"a rəqib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə