Çexiyalı baş məşqçi: Qrupun favoriti "Fiorentina"dır

Çexiyalı baş məşqçi: Qrupun favoriti "Fiorentina"dır

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrix Trpişovski fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Bu oyuna yaxşı hazırlaşmışıq. Həm şəhər, həm qaldığımız otel xoşuma gəldi. Burada, belə bir turnirdə olduğum üçün şadam.

- "Qarabağ"ın heyətində daha çox kimə diqqət ayıracaqsınız?
- Bu komandanın oyunlarına baxmışam. Onlar daha da güclü olublar. Bunu daha çox müdafiə və hücum xəttinə aid edərdm. Topa daha çox nəzarət etmək istəyirik. Müdafiədə oturmayacağıq. İrəli getməyə çalışacağıq.

- Belə bir rəqiblə eyni qrupa düşməyinizi necə qarşıladınız?
- Buna sevinmədik. Çətin rəqibdir. Xal qazanmaq, qol vurmaq istəyirik.

- Bu oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Şübhəsiz ki, qrupun favoriti "Fiorentina"dır. Amma qrupda hansı komandaların yer almasından asılı olmayaraq, biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Buna görə də sabah bizə qələbə qazanmaq vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə