İspaniyanın \"Atletiko Madrid\" futbol klubu, uruqvaylı hücumçusu Diyeqo Forlanı 8 milyon avroya satıb. Siasport.az saytı xəbər verir ki, uruqvaylının yeni klubu da, Türkiyənin son illər ulduz futbolçuları transfer etməklə bütün dünyada məşhurlaşan futbol klubu \"Beşiktaş\"dır. İspaniyanın \"Marça\" qəzeti yazır ki, \"Atletiko Madrid\", 2007-ci ildə \"Villyareal\"dan 20 milyon avroya transfer etdiyi futbolçunu İstanbul klubuna 8 milyon avroya satmağa məcbur olub. Klub rəhbərliyinin yeni mövsümlə bağlı yeni heyət qurmaq planları olduğuna görə, belə demək mümkünsə İspaniya təmsilçisi \"veteranlarla\" yollarını indidən ayırmaq istəyir. Bu isə o deməkdir ki, 32 yaşlı futbolçu daha ispanlara lazım deyil. \"Marça\" yazır ki, D.Forlan, İstanbul klubu ilə bir məsələdə də anlaşıb. Bu, furbolçunun \"Atletiko Madrid\"də bir ildə aldığı 4,5 milyon avro maaşın \"Beşiktaş\"da da davam etdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB