Mişel Platininin müavini Joze Maurinyonu ələ saldı

Mişel Platininin müavini Joze Maurinyonu ələ saldı
Deyəsən \"Barselona\"ya ard-arda uduzun \"Real Madrid\" klubunda psixoloji gərginlik pik həddinə çatıb. Siasport.az saytı xəbər verir ki, belə vəziyyət ortada olmasaydı, klubun portuqaliyalı baş məşqçi Joze Maurinyo hər qarşısına keçənə \"ilişməzdi\". Artıq belə görünür ki, məşhur portuqaliyalı məşqçi bu məğlubiyyətləri \"həzm edə\" bilmir və acığını sərt açıqlamalar verməklə \"əritmək\" istəyir. Bu dəfə isə J.Maurinyonun UEFA rəhbərləri ilə qarşıdurması yüksək həddə çatıb. Hər şey İspaniyanın \"AS\" qəzetinin J.Maurinyonun UEFA-nın birinci vitse prezidenti Şener Erzikin haqqında dediyi fikirləri dərc etməsi ilə başlayıb. J.Maurinyo, yenə də UEFA-nın bütün heyətini, başda Mişel Platini olmaqla, belə demək mümkündürsə \"Barselona\"ya \"işləməkdə\" ittiham edib. O, UEFA-nın birinci vitse vitse prezidentinin də \"UNİSEF\"-in və M.Platininin \"sağ əli\" olduğunu və \"Real\"ın UEFA Çempionlar Liqasının finalına çıxmaması üçün əlindən gələni etdiyini dilə gətirib. Ş.Erzik isə dünən NTV Spor proqramında canlı yayıma qoşularaq J.Maurinyonun fikirlərinin cəfəngiyyat olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:

\"Bunlar yalandır. Joze Maurinyo hələ futbolun nəyə deyildiyini dərk etməyən zamanlarda, mən \"UNİSEF\"lə çalışırdım. Bu cür sözlər onu hörmətdən salır. O səhv qapı döyüb. Görünür, sonda \"Barselona\"ya ard-arda uduzmağın əsl müqəssirini tapa bilib. Belə güclü futbolçu olduğumu heç yuxuma da gətirməzdim.\"-deyə Ş.Erzik fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə