3 döyüşçümüz hərbi-idman çoxnövçülüyü üzrə dünya çempionatının qalibi olub
Ukraynanın Xarkov şəhərində hərbi-idman çoxnövçülüyünün "döyüş çoxnövçülüyü" bölməsi üzrə dünya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Moldova, Polşa, Rusiya, Rumıniya, ABŞ, Türkiyə və Ukraynadan 400-dən çox idmançı iştirak ediblər. Azərbaycan idmançıları 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıblar. Azərbaycan yığmasının üzvləri Murad Məmmədli (95 kq, 18-25 yaş), Səlim Bayramov (75 kq, 32-38 yaş) və Sərxan Quliyev (65 kq, 16-17 yaş) çempion olublar. Dünya çempionatında qazanılmış medalların sayına görə Ukrayna yığması birinci yeri tutub. Azərbaycan komandası ikinci, Rusiya yığması isə üçüncü olub. "Döyüş çoxnövçülüyü" üzrə yarışlar pnevmatik və ya odlu silahdan güllə atıcılığı, soyuq silah işlətmədən əlbəyaxa döyüş, soyuq silah işlətməklə əlbəyaxa döyüş növləri üzrə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB