Tomskdakı Azərbaycan diasporunun komandası millətlərarası turnirdə liderdir

Tomskdakı Azərbaycan diasporunun komandası millətlərarası turnirdə liderdir

Rusiyanın Tomsk şəhərində "Tom" futbol klubunun mükafatı uğrunda millətlərarası turnir başlayıb. Siasport.az saytı xəbər verir ki, yarışlarda Tomskdakı müxtəlif diasporları, o cümlədən Azərbaycan diasporunu təmsil edən 24 komanda iştirak edir. "D" qrupunda mübarizə aparan Azərbaycan komandası ilk mərhələdə yerli "Xakasiya", "Deti qor", "Kazaçestvo" komandaları ilə qarşılaşıb. Hər üç görüşdə qələbə qazanan (2:0, 1:0, 3:0) Azərbaycan futbolçuları 9 xalla öz yarımqruplarında birinci yeri tutublar. Azərbaycan komandası ikinci mərhələnin ilk görüşündə yenə qələbə əldə etmişdir. Bu dəfə futbolçularımız yerli "Şoriya" komandası üzərində 4:0 hesabı ilə qələbə qazanıblar. Millətlərarası turnirin üçüncü və dördüncü mərhələləri mayın 8-də "Temp" stadionunda keçiriləcək. Final qarşılaşmasından sonra diasporların bədii özfəaliyyət kollektivlərinin konserti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə