"Qarabağ" "Everton", "Qalatasaray", "Hoffenhaym", "Deportivo"nu qabaqladı

"Qarabağ" "Everton", "Qalatasaray", "Hoffenhaym", "Deportivo"nu qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ay üçün klubların reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu siyahıda ölkəmizin yeganə təmsilçisi olan Ağdamın "Qarabağ" klubu göstəricilərini yaxşılaşdıraraq 209-cu pilləyə yüksəlib. Hesabında 82 reytinq xalı olan "Qarabağ" siyahıda İngiltərənin "Everton", Türkiyənin "Qalatasaray", Almaniyanın "Hoffenhaym", İspaniyanın "Deportivo" kimi klublarını qabaqlaya bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə