“Sərhəd” hərbi-idman oyunlarının Naxçıvan şəhər birinciliyi keçirilib

“Sərhəd” hərbi-idman oyunlarının Naxçıvan şəhər birinciliyi keçirilib

Naxçıvan Sərhəd Diviziyasında "Sərhəd" hərbi-idman oyunlarının Naxçıvan şəhər birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, birincilikdə 10-cu sinif şagirdlərindən ibarət 7 şəhər ümumtəhsil məktəbinin komandası mübarizə aparıb. Komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirlə dartınma, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, maneələrin dəf olunması və digər mərhələlərdə yarışıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Sərhəd Diviziyasının təşkil etdikləri yarışda daha yaxşı oyun nümayiş etdirən şəhər 15 nömrəli orta məktəbinin komandası I yeri tutub. 

Qalib komandalara diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə