Yeniyetmə akademik avarçəkənlərimiz “Internationale DRV-Junioren-Regatta”da

Yeniyetmə akademik avarçəkənlərimiz “Internationale DRV-Junioren-Regatta”da

Azərbaycanın yeniyetmə akademik avarçəkənləri mayın 4-də Almaniyanın Münhen şəhərinə yollanacaqlar. İdmançılarımız ənənəvi "Internationale DRV-Junioren-Regatta" turnirində iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, mayın 7-də start götürəcək yarışa 5 oğlan, 1 qız avarçəkənimiz qatılacaq. Alyona Kaporeyko 15-16 yaşlıların mübarizəsində 1 nəfərlik qayıqla yürüşlərdə çıxış edəcəkdir. Oğlanlar isə 17-18 yaşlıların yarışında qüvvələrini sınayacaqlar. Onların arasında 16 yaşlı Boris Yotov da vardır. Yotov 1 nəfərlik qayıqla özündən böyüklərə qarşı mübarizə aparacaq. Qardaşxan Hüseynli–Kamal Xanlarov dueti 2 nəfərlik qoşa avarlı, Novruz Əliyev–Bayram Əliyev dueti isə 2 nəfərlik sükansız qayıqla yürüş edəcəklər. Akademik avarçəkənlərimiz məşqçilər Samir Məmmədov və Yuliana Stoyevanın rəhbərliyi altında yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə