Tbilisidə idman rəqsləri üzrə Qafqaz Kuboku keçiriləcək

Tbilisidə idman rəqsləri üzrə Qafqaz Kuboku keçiriləcək

Mayın 13-15-də Tbilisidə idman rəqsləri üzrə 16-cı Qafqaz Kuboku keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, ölkəmiz həmin turnirdə 10 rəqs cütlüyü ilə təmsil olunacaq. Gürcüstan İdman Rəqsləri Federasiyasının təşkil etdiyi və cüdo Akademiyasında keçiriləcək turnirdə Gürcüstan rəqqasları ilə yanaşı, Azərbaycan, Avstraliya, Belarus, Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Rusiya, Yunanıstan, Slovakiya, Ukrayna, Qazaxıstan, Bolqarıstan, Ermənistandan cütlüklər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə