Ramzan Kadırov Dieqo Maradona və Luiş Fiqunu Qroznıya gətirir

Ramzan Kadırov Dieqo Maradona və Luiş Fiqunu Qroznıya gətirir

Deyəsən məşhur futbol ulduzlarının yolu qonşu Rusiya tərəflərə tez-tez düşür. Siasport.az saytı xəbər verir ki, məşhur braziliyalı futbol ulduzu Roberto Karlosun Rusiya çempionatında futbol oynaması digərərinin də yolunu bu tərəflərə salıb. Məsələ burasındadır ki, indi də Dieqo Maradona, Luiş Fiqu və dünya futbolunun digər ulduzları, Çeçenistan prezidenti Ramzan Kadırovun komandası ilə birgə matçda iştirak etmək üçün Qroznunun yolunu tutublar. Təbii ki yaxşı pul müqabilində. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. Məlumatda deyilir ki, görüş mayın 11-də Qroznıda Əhmədhacı Kadırov adına idman kompleksinin açılışı münasibətilə idman qurğusuna daxil olan 30 min nəfərlik stadionda keçiriləcək. "Dünya ulduzları" yığmasında Maradona və Fiqudan əlavə, qapıçı Fabyen Bartez, müdafiəçi Franko Barezi, Alessandro Kostakurta, Manuel Amoros, Roberto Ayyala, yarımmüdafiəçi Entso Françeskoli, Stiv Makmanaman, Alen Boqossyan, hücumçu Robbi Fauler, Jan-Pyer Papen, Kristian Vyeri, İvan Samorano və digərləri yer alacaqlar. Kadırovun komandasında isə rusiyalı məşhur futbolçular çıxış edəcəklər. Bu komandanın heyəti hələ açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə